COĞRAFIYAÇILAR BÖYÜK QAFQAZIN RAYONLARINDA EZAMIYYƏTDƏ OLMUŞLAR.

Coğrafiyaçılar Tarixazər Starə, Məmmədov Seymur, Kuçinskaya İrina,  Kərimova Elina, Həmidova Zərnurə 2017-ci il iyulun 10-dan 16-dək “Azərbaycanda sel əmələgətirici proseslərin inkişaf dinamikası, rayonlaşdırılması və idarə olunması problemləri”  mövzusunda hesabat işi üzrə (2017-2019 illər) Böyük Qafqazın Şəki, Qax, Qəbələ, Oğuz, Şamaxı və İsmayıllı rayonlarında ezamiyyətdə olmuşlar.

Ezamiyyətin məqsədi Kiş, Şin, Kürmüx və s. selli çayların hövzəsində yayılmış təhlükəli sel ocağlarını tədqiq etməkdir. Ezamiyyət dövründə yeni materiallar toplanılmış və sellərin insan fəaliyyətinə təsiri çöl şəraitində müşahidə olunmuşdur.

Hazırda ezamiyyə  zamanı toplanmış çöl tədqiqat materialları kameral şəraitdə təhlil olunur.    

 

4078
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic