İNSAN COĞRAFIYASINA DAIR KONFRANSIN MATERIALLARI NƏŞR EDILIB
Azərbaycan Coğrafiya Cəmiyyəti, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Rusiya İctimai Coğrafiyaçıları Assosiasiyasının “Azərbaycanda və Rusiyada insan coğrafiyası: XXI əsrdə inkişafın əsas yolları” adlı toplu nəşr olunub.
Kitabın baş redaktoru akademik Ramiz Məmmədov, elmi redaktoru coğrafiya üzrə elmlər doktoru Zakir Eminovdur, redaksiya heyəti coğrafiya üzrə elmlər doktorları H.A.Xəlilov və R.M.Qaşqay, coğrafiya üzrə fəlsəfə doktorları M.C.İsmayılov, İ.Ə.Quliyev, dosentlər N.H.Əyyubov, Z.T.İmrani və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Ə.A.Əliyevdən ibarətdir.
Kitabda 10-14 may 2018-ci ildə Bakı şəhərində keçirilmiş Azərbaycan və Rusiya ictimai coğrafiyaçılarının beynəlxalq konfransının materialları toplanmışdır. Konfransda “İctimai coğrafiya” elminin (İnsan coğrafiyası) qarşısında duran vəzifələr, onların hazırda yerinə yetirilməsinin vəziyyəti, elmi tədqiqatların prioritet istiqamətləri, onların həlli yolları müzakirə edilmişdir.
Müzakirə edilən məsələlərə həsr edilmiş toplu elmi işçilər, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün maraqlı olacaqdır
8917